MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
29 İyun 2022
Mətni dəyiş

Azərbaycan və Ermənistan arasında atəşkəs yenidən pozulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Məlumatda bildirilib ki, iyunun 29-u gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

"Dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun