MN: Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

MN: Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
17 İyun 2022
Mətni dəyiş
İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun