Maduro Bakıdadır

Maduro Bakıdadır
17 İyun 2022
Mətni dəyiş

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 16-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Venesuela Prezidentini Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar. Bu həftə ərzində Azərbaycana 10 yaxın xarici dövlət rəhbərliyində olan şəxs gəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun