LGBT icmasının fəalları konfrans keçiriblər, təqiblərdən şikayətlənirlər

LGBT icmasının fəalları konfrans keçiriblər, təqiblərdən şikayətlənirlər
10 İyun 2022
Mətni dəyiş

İyunun 9-u bir qrup LGBT fəalı “Qürur ayı”na həsr olunan mətbuat konfransı keçiriblər. Mətbuat konfransında iştirak edən Əli Məlikov, Cavid Nəbiyev və feminist Rəbiyyə Məmmədova jurnalistlərə LGBT üzvlərinin cəmiyyətdə üzləşdikləri problemlərdən danışıblar.

Əsasən əhalinin əksəriyyətinin mənfi münasibəti və dözümsüzlüyü, zorakılıq qalmaqdadır. Buna misal kimi Əvəz Hafizlinin qohumu tərəfindən qətlə yetirilməsi, o cümlədən transgender qadınların öldürülməsi faktları göstərilib.

Fəallar bütün repressiya faktlarını qeydə almaq və onlara qarşı fəal mübarizə aparmaq niyyətində olduqlarını bildiriblər.

Bu günlərdə  dünyanın hər yerində LGBT icması azadlığı və aid olduqları həyatı yaşamaq imkanlarını qeyd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun