İlahiyyatçı Elşən Mustafaoğlu vaxtından əvvəl həbsdən azad edilib

İlahiyyatçı Elşən Mustafaoğlu vaxtından əvvəl həbsdən azad edilib
25 İyun 2022
Mətni dəyiş

 Dövlətə xəyanət ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş ilahiyyatçı Elşən Mustafaoğlu iyunun 23-də vaxtından əvvəl həbsdən azad edilib.

İlahiyyatçının ailə üzvləri onun azad edilməsi haqqında məlumatı təsdiq ediblər. Bu zaman onun hansı əsaslarla azad edildiyini dəqiqləşdirmək mümkün olmayıb. Onun cəzasının 3/4-nü çəkdikdən sonra şərti azadlığa buraxıldığı ehtimal olunur.

Mustafaoğlu 2014-cü ilin dekabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə İranın xeyrinə casusluq ittihamı irəli sürülüb.

2016-cı ilin dekabrında o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Mustafaoğlu irəli sürülən ittihamları qəbul etməyib.

Hüquq müdafiəçiləri dini məsələlərin tədqiqatçısı kimi məşhur olan, dini mövzuda televerilişlərin aparıcısı olan və "Mənəvi dəyərlər" QHT-nin rəhbəri olan Mustafaoğlunu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun