İctimai fəal Rəbiyyə Məmmədova anasına hücum edildiyini bildirir

İctimai fəal Rəbiyyə Məmmədova anasına hücum edildiyini bildirir
4 İyun 2022
Mətni dəyiş

İctimai fəal Rəbiyyə Məmmədova anasına hücum edildiyini bildirir. Bu barədə fəal özü məlumat yayıb.

Fəal yazır ki, ona bu barədə anam zəng edib deyib: "Hər kəs bilir ki, mənim anam süpürgəçidir, bundan da utanmıram, ali təhsili qadın yaşına görə iş tapa bilmir, pensiya yaşı da çatmayıb deyə süpürgəçi işləyir. İşdə olduğu vaxt ona "sənin qızın pozğundur, əxlaqsızdır, fahişədir" deyib, başqa bir süpürgəçi qadın tərəfindən döydürüblər".

R.Məmmədova bildirir ki, bu artıq qırmızı xətti keçməkdir: "Artıq bunlar üçün heç bir əxlaq anlayışı qalmayıb. 102-yə rəsmi şikayət etmişəm. 43-cü polis bölməsinə yönləndiriblər, o polis bölməsinə ki dəfələrlə müraciətim olub, heç bir işim araşdırılmayıb”.

Rəbiyyə Məmmədova 2020-ci ildə 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun