600-dən çox rusiyalı müharibə cinayətlərində şübhəli bilinir. Bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova danışıb. Prokurorun sözlərinə görə, hərbi cinayətlərdə şübhəli bilinən 600-dən çox rusiyalının kimliyinin müəyyənləşdirildiyini bildirib.
"Rusiyanın yüksək səviyyəli hərbçiləri, siyasətçiləri və təbliğat agentləri də daxil olmaqla, şübhəlilərdən 80 nəfərə qarşı cinayət işi başlanılıb" - deyə, Baş prokuror İrina Venediktova Haaqada mətbuat konfransında bildirib.
Venediktova deyib ki, Estoniya, Latviya, Slovakiya, Litva və Polşa da araşdırmalarda iştirak edir.
Bundan əlavə, qrup mart ayında potensial hərbi cinayətləri araşdırmağa başlayan Beynəlxalq Cinayət Məhkəməsi ilə birgə çalışır.
"Biz hər şeyi düzgün şəkildə toplamalı və qorumalıyıq. Bu, istənilən məhkəmədə keçərli sübut olmalıdır" - deyə, Venediktova qeyd edib.
Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başladıqdan sonra dinc sakinləri hədəf aldığını davamlı olaraq inkar edir.