DTX Dövlət Gömrük Komitəsinin "İpək yolu"  terminalında əməliyyat keçirib, saxlanılanlar var

DTX Dövlət Gömrük Komitəsinin "İpək yolu"  terminalında əməliyyat keçirib, saxlanılanlar var
21 İyun 2022
Mətni dəyiş
Dövlət Təhlükəsizliyi Xidməti Bakının cənub girişində Dövlət Gömrük Komitəsinin "İpək yolu"  terminalında əməliyyat keçirib. Əməliyyat nəticəsindəbir neçə yüksək vəzifəli şəxs saxlanıb. Onlardan birinin kimliyi məlum olub.  Onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun