Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür

Buzovnada dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür
23 İyun 2022
Mətni dəyiş
İyunun 22-də Bakı hakimiyyəti paytaxtdan 36 km məsafədə yerləşən Buzovna qəsəbəsindəki çimərlikdə vətəndaşların dənizə çıxışını məhdudlaşdıran qanunsuz hasarları sökməyə başlayıb. Dəniz sahili sahilkənarı villa və restoran sahiblərinin ortaq istifadəsi üçün işğal edilmiş və hasarlanmışdı. Hasarların söküntüsü və sahilin təmizlənməsi yerli sakinlərin Xəzərin Buzovna hissəsinin qanunsuz hasarlardan azad edilməsi üzrə kampaniyaya başlamasından sonra başlayıb. Bu ilin mayında Buzovnadan olan fəallar Xəzər rayon icra hakimiyyətinin dəstəyi ilə əhalinin dənizə çıxışını bağlayan bir neçə qanunsuz hasarın sökülməsinə nail olub. Fəal Seyfulla Azər Turan-a bildirib ki, ərazisi qumlu sahilə və qayalıq massivə çıxan heç bir torpaq sahibi şəhərsalma və arxitektura haqqında qanuna riayət etmir. Bu qanuna əsasən, dənizin 20-50 metrlik zolağı özəlləşdirilə və ictimai istifadə üçün bağlana bilməz. İyunun 12-də ictimai fəallar dövlət başçısının diqqətini yerli torpaq sahiblərinin işğalı, Xəzər sahilindəki tarixi qayaların təmizlənməsi və ictimai istifadə üçün saxlanması probleminə cəlb etmək üçün YouTube-da Azərbaycan prezidenti İlham Əliyevə müraciət videosu yerləşdiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun