Azərbaycan “Sputnik” Agentliyinin baş redaktor və prodüserini ölkədən çıxarır

Azərbaycan “Sputnik” Agentliyinin baş redaktor və prodüserini ölkədən çıxarır
10 İyun 2022
Mətni dəyiş

Hökumət “Sputnik Azərbaycan”ın baş redaktorunun iş icazəsinin uzadılmasından imtina edib.

Bu barədə Dövlət Miqrasiya Xidməti açıqlama yayıb. Rəsmi məlumata görə,  “Sputnik Azərbaycan” saytının iki rəhbər şəxsinin Azərbaycanda yaşamaq icazələrinin müddəti uzadılmayıb.

Bildirilir ki, baş redaktor Antonava Tryzno Veranika ilə onun həyat yoldaşı və həmin media orqanının prodüseri Pavel Antonovun ölkədə müvəqqəti yaşamaq icazələrinin verilməsindən imtina edilib və onların müvəqqəti yaşamaq icazələri ləğv edilib.

Hər iki şəxs 10 gün ərzində ölkəni tərk etmək məcburiyyətindədirlər. Onların Belarus vətəndaşı olduqları bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun