Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyən edəcək. Bu bəyanatı cümə axşamı Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bildirib. O, bunu xalqların öz müqəddəratınıı həll etmək hüququnun gündəlikdə qalıb-qalmaması barədə suala cavabda deyib.
Qriqoryan qeyd edib ki, Yerevan Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin əhəmiyyətini vurğulamağa davam edir.
"Əminik ki, statusu məhz hüquqlar və təhlükəsizlik müəyyən edəcək. Biz bu istiqamətdə işi davam etdirəcəyik", deyə "Sputnik-Armenia" Qriqoryandan sitat gətirir.
Beləliklə, Qriqoryanın bəyanatını Yerevanın Bakının Qarabağın Azərbaycanın tərkibində statusa malik olmaması, regionun erməni əhalisinin isə bütün hüquqlarına zəmanət verilməsi tələbi ilə razılaşmağa hazırlığı kimi qiymətləndirmək olar.