Beynəlxalq medianın yazdığına görə, NATO ölkələri arasında Ukraynaya hücum silahları verməmək haqqında gizli razılaşma mövcuddur.
Ancaq Almaniya İspaniyanın Almaniya istehsalı olan "Leopard 2A4" tanklarını Ukrayna Silahlı Qüvvələrinə təhvil vermək niyyətini bəyənməyib.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Əgər Berlin Madridin qərarı ilə razılaşsaydı, NATO ölkələri Ukraynaya Qərb istehsalı olan nisbətən müasir tankları verə bilərdi.
İspaniya 1990-cı illərdə istehsal olunmuş 40 Alman "Leopard" tankını Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyi planlaşdırırdı.
Məlumata görə, əslində qəbul edilmiş beynəlxalq qaydalara görə, İspanya bu məsələdə ilk olaraq qərarını tank istehsalçısı olan ölkə ilə - Almaniya ilə əlaqələndirməli idi.
Almaniyanın "Business Insider" nəşrinə görə, İspaniya hökuməti hətta planlarına və kansler Olaf Şolzun narahatlığına görə Almaniyadan üzr istəyib.
Əvvəllər İspaniya əksər NATO ölkələri kimi Ukraynanı yalnız yüngül silah və sursatla təmin edirdi.
Artıq 500-ə yaxın ispan hərbçisi NATO-nun Latviyadakı bazasında İspaniyaya məxsus "Leopard” tanklarının təmiri, həmçinin Ukrayna tankistlərinə təlimlərin keçirilməsi nəzərdə tutulurdu.
Beynəlxalq mediası dəfələrlə yazıb ki, rəsmi açıqlamaların olmamasına baxmayaraq, NATO ölkələri arasında Ukraynaya ağır hücum silahları və Qərb istehsalı olan zirehli texnika göndərməməklə bağlı gizli razılaşma var.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.
Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.