ABŞ dövlət katibinin köməkçisinin müavini Tofiq Yaqublu ilə görüşüb

ABŞ dövlət katibinin köməkçisinin müavini Tofiq Yaqublu ilə görüşüb
14 İyun 2022
Mətni dəyiş

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 14-də Müsavat Partiyasının və Milli Şuranın Kordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu ilə görüşüb.  Bu barədə məlumatı Tofiq Yaqublu yayıb. "Bu gün ABŞ-ın ölkəmizdəki səfirliyində ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonaldla görüşüm oldu. Ölkədə demokratiya və insan haqlarının durumu ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Düşünürəm ki, çox əhəmiyyətli və vacib tədbir oldu. Yaşasın demokratiya!", - deyə siyasətçi qeyd edib.

ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara Makdonald iyunun 13-dən 15-dək Azərbaycanda səfərdədir. O, səfər zamanı hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun