ABŞ Əli Əliyev işi barəsində: Azərbaycanı insan haqları üçün əlverişli mühit yaratmağa çağırır

ABŞ Əli Əliyev işi barəsində: Azərbaycanı insan haqları üçün əlverişli mühit yaratmağa çağırır
25 İyun 2022
Mətni dəyiş

“Biz Azərbaycan Konstitusiyası ilə təmin edilən əsas azadlıqlardan istifadə etmək hüququnu, habelə hökumətin beynəlxalq öhdəliklərini tam dəstəkləyirik”, - Dövlət Departamentinin sözçüsü cümə günü sorğuya cavab olaraq bildirib.

TURANın müxbiri departamentdən mühakimə olunan müxalifət partiyasının lideri və Azərbaycanda hakimiyyətini kəskin tənqid edən Əli Əliyevə verilən son hökmə münasibət bildirməsini xahiş edib.

 Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev dünən diffamasiya ittihamı ilə üçüncü dəfə mühakimə olunub.

Dövlət Departamentinin sözçüsü deyib: “Biz hakimiyyəti siyasi partiyaların, müstəqil medianın, QHT-lərin, dini qurumların və vəkillərin üzvlərinin sərbəst fəaliyyət göstərməsinə imkan verməklə insan hüquqlarının həyata keçirilməsi üçün əlverişli mühit yaratmağa çağırırıq”.

İnsan haqları qrupları və yerli fəallar Əliyevin işini diffamasiya qanununun siyasi opponentlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı  istifadə olunduğunun növbəti sübutu kimi görürlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun