2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində ölüm hallarının sayı açıqlanıb

2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində ölüm hallarının sayı açıqlanıb
10 İyun 2022
Mətni dəyiş
2021-ci ildə Azərbaycanın təhsil müəssisələrində 90 ölüm halı olub. Bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. Ölüm hallarının 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə oxuyanlar arasında olub. Ötən il həmçinin 5 610 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə, 732 nəfər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılmasına, 1483 nəfər digər təhsil müəssisəsinə köçürülməyə görə xaric edilib. Eyni zamanda 2021-ci ildə akademik borca görə təhsil müəssisələrindən xaric edilənlərin sayı 321 nəfər olub. Ötən il tələbələrin 98-i təkrar kursda saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun