11 saylı koloniyada iğtişaşın baş verdiyi deyilir, Penitensiar Xidmət təkzib edir

11 saylı koloniyada iğtişaşın baş verdiyi deyilir, Penitensiar Xidmət təkzib edir
8 İyun 2022
Mətni dəyiş

11 saylı koloniyada iğtişaşlar və məhbuslarla və administrasiya əməkdaşları arasında yaralananların olması  barədə xəbərlər həqiqətəuyğun deyil.

Bunu Penitensiar Xidmətin nümayəndəsi Mehman Sadıqov deyib.

Bununla o, iğtişaşlar və beş yaralı məhbusun tibb müəssisəsinə yerləşdirilməsilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib. Məlumatlara görə, məhbuslar koloniya rəhbərliyi onlarla pis rəftar etdiyi üçün qiyam qaldırıblar.

Sonuncu dəfə 2015-ci ildə 2 saylı koloniyada iğtişaşlar baş vermişdi. O zaman onların təşəbbüsçüsü kimi tanınmış kriminal avtoritet Lotu Qulini (Nadir Səlifov) elan etmişdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun