10 gündür aclıq edən Tale Bağırzadənin səhhətində problemlər yaranıb

10 gündür aclıq edən Tale Bağırzadənin səhhətində problemlər yaranıb
13 İyun 2022
Mətni dəyiş
Həbsxanada aclığın 10-cu günündə “Müsəlman Birliyi” Hərəkatının lideri Tale Bağırzadənin səhhətində problemlər yaranıb. Əsasən dünəndən bədəninin hərarəti yüksəlib. Bu barədə Hərəkatın sədr müavini Elçin Qasımov öz Facebook səhifəsində yazıb. Bununla belə, Bağırzadə Allaha küfür edən güc qurumlarının cəzalandırılması tələbilə aclıq aksiyasını davam etdirmək əzmindədir. Öz növbəsində onun xanımı Leyla İsmayılzadə bildirib ki, iyunun 13-də Tale Bağırzadə evə zəng edib: “Səsində yorğunluq vardı. Son iki gündür hərarət, başgicəllənmə, gözlərində bulanıqlıq var”. Hərəkatın məlumatına görə, Bağırzadədən başqa onun tərəfdarları və digər dindarlar: Abbas Hüseynov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Firudin Zeynalov, Fariz Məmmədov, Allahverdi Ruzbekar və Vəli Ələkbərzadə həbsxanalarda eyni tələblə aclığı davam etdirirlər. Onlar son zamanlar dindarları saxlayıb dindirən polislərin sözlərini Allaha qarşı təhqir hesab edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun