Zelenski iki azərbaycanlını 'Şücaətə görə' ordeni ilə təltif edib

Zelenski iki azərbaycanlını 'Şücaətə görə' ordeni ilə təltif edib
7 May 2022
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibədə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırıb. Onlar arasında iki etnik azərbaycanlı da var. Ukrayna prezidentinin ofisinin məlumatına görə, Raqif Vaqif oğlu Əliyev və Məcid Marlen oğlu Əbülqafarov "Şücaətə görə" ordeninə layiq görülüb. Hər iki hərbçi serjant rütbəsinə malikdir. Ukrayna vətəndaşları olan R.Əliyev əslən Azərbaycanın Samux, M.Abdulqafarov isə Quba rayonundandır. Onlar Donbas istiqamətində xidmət edirlər, R.Əliyev hazırda yaralıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun