28 May 2022
Mətni dəyiş
Mayın 28-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə dəvət edilib.
Görüş zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov mayın 27-də Paris meri Ann İdalqonun Azərbaycan ərazisindəki qanunsuz qurumun qondarma nümayəndəsilə görüşməsilə bağlı Fransa səfirinə etirazını bildirib, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Səfirə bildirilib ki, fransalı rəsmi şəxsin Azərbaycanın ərazi bütövlüyünə qarşı atdığı bu addım Fransa qanunvericiliyi və ölkənin beynəlxalq öhdəlikləri ilə açıq ziddiyyət təşkil edir, eyni zamanda Fransa və Azərbaycan münasibətlərinə xələl gətirir.
“Paris şəhərinin merinin bu qanunazidd və məsuliyyətsiz davranışının həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulanıb”, - məlumatda deyilir.
Ötən gün Qarabağdakı separatçı rejimin lideri Araik Arutyunyan Paris merini qəbul edib.