10 May 2022
Mətni dəyiş
90-cı illərin əvvəllərində erməni qüvvələri tərəfindən işğal olunmuş Qazax rayonunun yeddi kəndi Azərbaycana qaytarılacaq.
Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bildirib.
"Bu kəndlər, həmçinin Kərki kəndi Azərbaycan əraziləridir və onların Azərbaycanın nəzarətinə qaytarılması sərhədlərin delimitasiyası zamanı həll olunacaq", - Xələfov deyib.