Xələf Xələfov: "Aİ ilə Azərbaycan yeni sazişlə bağlı intensiv danışıqlar aparır"

Xələf Xələfov: "Aİ ilə Azərbaycan yeni sazişlə bağlı intensiv danışıqlar aparır"
27 May 2022
Mətni dəyiş

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı intensiv danışıqlar gedir.

Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Polşanın Konstitusiya Gününə həsr olunmuş tədbirdə deyib.

“İnanırıq ki, yeni saziş Azərbaycan və Aİ arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə imkan verəcək.

Polşa Aİ-nin fəal xarici siyasət iştkrakçısı olan bir ölkə kimi bu danışıqların tamamlanmasına töhvə verəcək”,- deyə nazir müavini bildirib.

Xələf Xələfov deyib ki, 44 günlük müharibə regionda yeni reallıqlar yaradıb:

“Sülhün və təhlükəsizliyin bərqərar olması üçün Azərbaycan addımlar atır. Azərbaycan tərəfi sülh təklifi ilə çıxış edib. Brüssel görüşündə mühüm məsələlərdə razılığın əldə olunması, delimitasiya komissiyanın ilk iclasının keçirilməsi Brüssel görüşünün uğurunun təzahürüdür. Azərbaycan regionda komunnikasiyaların açılması, normallaşma istiqamətində səylərini davam etdirəcək”.

Nazir müavini həmçinin Polşa və Azərbaycan münasibətlərinə də toxunub.

O deyib ki, iki ölkə arasında münasibətlərin qədim tarixi var. İki ölkə arasında mədəniyyət, təhsil sahəsində zəngin əlaqələr hər zaman mövcud olub.

O, ticarət əlaqələrinə də diqqət çəkərək bildirib ki, bu istiqamətdə münasibətlərin daha da dərinləşməsi, ticarət dövriyyəsinin artması üçün imkanlar çox genişdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun