Ukraynaya Dəstək Platforması gömrükdə ukraynalı qaçqınlara ögey münasibət olduğunu deyir

Ukraynaya Dəstək Platforması gömrükdə ukraynalı qaçqınlara ögey münasibət olduğunu deyir
10 May 2022
Mətni dəyiş

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Azərbaycanın gömrük keçid məntəqələrində Ukraynadan olan qaçqınlara ögəy münasibət olması ilə bağlı bəyanat yayıb.  Bəyanatda hökumətə çağırış edilib ki, bu istiqamətdə addımlar atılsın. Bəyanatı olduğu kimi təqdim edirik:

"Rusiyanın Ukraynanın şəhər və kəndlərini bombalaması, raket atəşinə tutması və işğal etdiyi ərazilərdə insanlıq əleyhinə kütləvi cinayətlər törətməsi böyük humanitar fəlakətə yol açıb. Bu kütləvi qırğınlar və qətliamlar milyonlarla ukraynalını başqa ölkələrdə sığınacaq axtarmağa vadar edib. Rusiyanın hərbi cinayətlərindən xilas olmaq üçün başqa ölkələrə üz tutan Ukrayna vətəndaşları arasında soydaşlarımız da var. Onların bəziləri müharibə başa çatana qədər ana vətənlərinə üz tutublar. Təəssüf ki, Azərbaycan gömrük keçid məntəqələrində Ukraynadan olan qaçqınlara ögey münasibət göstərilir, onların avtomobilləri müxtəlif bəhanələrlə ölkəyə buraxılmır. Azərbaycan hökumətinin, konkret Dövlət Gömrük Komitəsinin bu hərəkəti Qaçqınların statusu haqqında Konvensiyanın 8, 13 və 17-ci maddələrinin kobud şəkildə pozulmasıdır. DGK-nin belə davranışı beynəlxalq öhdəliyin pozulmasıdır və məsuliyyət yaradır.
Demokratiya Naminə Ukrayna Dəstək Platforması Azərbaycan hökumətini, Dövlət Gömrük Komitəsinin rəhbərliyini belə halların qarşısını almağa, bu günə qədər baş vermiş qanunsuzluqların nəticələrini dərhal aradan qaldırmağa çağırır.
Bu cür hərəkətlər bundan sonra da davam etdirilərsə Rusiyaya yardım kimi dəyərləndiriləcəkdir. Platforma Azərbaycandakı diplomatik korpusu bu məsələni diqqətdə saxlamağa çağırır", - deyə bəyanatda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun