Ukrayna parlamenti Rusiyayönlü siyasi partiyaların fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.
Bu barədə məlumatı millət vəkili Yaroslav Yeleznyak özünün "Telegram" hesabında qeyd edib. Millət vəkili bildirib ki, 450 deputatdan 330-u təqdim olunan qanun layihəsinin lehinə səs verib. Bildirilib ki, qeydiyyatı məhkəmə tərəfindən ləğv olunan siyasi partiyaların parlamentdəki fəaliyyəti də məhdudlaşdırılacaq. Bununla bərabər, belə təşkilatların mülkləri də müsadirə ediləcək. Bir il yarım əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Rusiyayönlü 11 partiyanın fəaliyyətinin məhdudlaşdırıldığını bildirmişdi.