Ukrayna Krıma gedən azərbaycanlı səfirə qarşı cinayət işi açıb

Ukrayna Krıma gedən azərbaycanlı səfirə qarşı cinayət işi açıb
4 May 2022
Mətni dəyiş
Ukrayna Baş Prokurorluğu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov barəsində cinayət işi açıb. Buna səbəb səfirin BMT-nin Ukraynanın ərazisi kimi tanıdığı, Rusiya tərəfindən işğal edilmiş Krıma qeyri-qanuni daxil olmasıdır. Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci hissəsi üzrə (Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) başlayıb. Prokurorluq Osmanova qarşı cinayət işini Ukrayna Qaraqalpaq türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədovun bu quruma müraciətindən sonra başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun