5 May 2022
Mətni dəyiş
Türkiyədə aprel ayında illik inflyasiya 70 faizə yaxınlaşıb. Bu, qlobal enerji qiymətlərinin artması, lirənin zəifləməsinin ərzaq, nəqliyyat və digər vacib ehtiyacları bahalandırması fonunda baş verib.
Rəsmi statistika agentliyinin dərc etdiyi dataya görə, ötən ay istehlakçı indeksi 69.97 faiz artıb.
Ərzaq və alkoqolsuz içkilərin qiyməti bir il öncəylə müqayisədə 89 faiz, nəqliyyat qiymətləri isə 106 faizədək yüksəlib.
Bu rəqəmlər Türkiyədə 2002-ci ilin əvvəlindən ən yüksək inflyasiya həddidir. Müxalifət partiyaları hələ onların problemin real miqyasını əks etdirmədiyini deyir.
Bahalanma əhali arasında narazılığı gücləndirir. Amma Ərdoğan yüksək faiz dərəcəsinə qarşı çıxır. Mərkəzi bank ötən ilin sonunda faiz dərəcəsini bir neçə dəfə azaldıb.
Bu isə türk lirəsinin bir il öncəylə müqayisədə 40 faizədək dəyər itirməsinə səbəb olub.