Türkiyə və Ermənistan nümayəndələri arasında növbəti görüş baş tutub. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyə və Ermənistan nümayəndələri normallaşma prosesi üçün müəyyən olunmuş hədəfləri bir daha təsdiq edib.
Açıqlamada qeyd olunub ki, Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən görüş çərçivəsində tərəflər, səmimi şəkildə ətraflı fikir mübadiləsi aparıb. Həmçinin normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəlinib. Bu görüş tərəflər arasında üçüncü görüşdür. Bundan əvvəl birinci görüş 14 yanvarda Moskvada, ikinci görüş isə 24 fevralda Vyanada baş tutmuşdu.