17 May 2022
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların gedişində şəxsən iştirak edir və yerli operativ-taktiki qərarlar qəbul edir. Bu qərarlar adətən polkovnik rütbəsindəki hərbçilər, 700-1000 nəfərlik komandanlıq heyəti tərəfindən qəbul edilir. Bu barədə “The Guardian” Qərb hərbi mənbələrinə istinadən yazır.
“Biz hesab edirik ki, Putin və [Baş Qərargah rəisi Valeriy] Gerasimov adətən polkovnik və ya briqada generalından gözlədiyimiz səviyyədə taktiki qərarların qəbulunda iştirak edirlər”, - deyə mənbələrdən biri bildirib.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Putin bir neçə gün əvvəl rus qoşunlarının Severski Donets çayını keçmək üçün dəfələrlə uğursuz cəhdlər etdiyi Donbassda ordunun hərəkəti marşrutlarının müəyyən edilməsində şəxsən iştirak edib.
"The Guardian" qeyd edir ki, adətən dövlət rəhbərləri operativ qərarların verilməsində iştirak etmirlər. “Onlar siyasi strategiyanı müəyyənləşdirməlidirlər, gündəlik işlərə qarışmamalıdırlar”, nəşrə müsahibə verən ekspertlərdən biri deyib.