4 May 2022
Mətni dəyiş
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Rusiya hərbçiləri hazırda Mariupola nəzarət edirlər. Bu barədə RİA Novosti məlumat yayıb.
Şoyqunun sözlərinə görə, hazırda DXR və LXR, eləcə də Ukrayna Silahlı Qüvvələrindən azad edilmiş Ukrayna ərazilərində dinc həyat bərqərar olur.
“Azov dənizindəki ən böyük sənaye və nəqliyyat mərkəzi olan Mariupol da Rusiya ordusunun nəzarətindədir”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Şoyqunun vurğulayıb ki, ˝Azovstal˝ metallurgiya zavodunun ərazisində yerləşən Ukrayna hərbi qrupunun qalan hissəsi də hazırda təhlükəsiz şəkildə bloklanıb.
“Ali Baş Komandanın göstərişinə əsasən, “Azovstal” zavodunun sənaye zonasında yerləşən yaraqlıların qalan hissəsi bu ərazinin bütün perimetri boyunca təhlükəsiz şəkildə bloklanıb”, - nazir bildirib.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada ˝hərbi xüsusi əməliyyat˝ keçirmək qərarına gəldiyini açıqlayıb.
˝Əməliyyatın˝ keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.