Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili müalicə alması üçün həbsxanadan klinikaya köçürülür.
Sabiq Prezidentin 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən “Vivamedi” klinikasına köçürülməsinə başlanılıb.
Məlumata görə sabiq Prezidentin olduğu ehtimal edilən penitensiar avtomobillər bir neçə dəqiqə öncə həbsxanadan yola düşüblər.
Eyni zamanda M. Saakaşvilinin yerləşdiriləcəyi “Vivamedi” klinikasındakı bir hissəsinin sarı lentlə əhatəyə alındığı qeyd olunub. M.Saakaşvili ötən ilin sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə yaxalanıb. O, Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılırdı.