Dövlətə xəyanətdə şübhəli bilinən ukraynalı bloger Anatoli Şariyin İspaniyada saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) açıqlama yayıb. Onun saxlanılmağında Ukrayna hakimiyyətinın rolu olduğu bildirilir. Açıqlamada Şariy Rusiyayönümlü bloger adlandırılır.
“UTX müstəntiqlərinin fikrincə, o, informasiya sahəsində Ukraynanın milli təhlükəsizliyinə zərər vuran qanunsuz fəaliyyətlər həyata keçirib. Anatoli Şariyin xarici strukturların sifarişi ilə hərəkət etdiyini düşünməyə əsas var”, - məlumatda deyilir.
Şariyin 'Youtube' kanalında üç milyona yaxın izləyici var. Bloger sonuncu videosunu təxminən 14 saat əvvəl yayımlayıb.
İspaniya hüquq-mühafizə orqanları hələ ki, Şariyin saxlanması barədə məlumat verməyib.