Ukraynaya təcavüzdən sonra ağır sanksiyalarla üzləşən Rusiya ətrafında hərbi, iqtisadi və diplomatik gərginlik davam edir. Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciəti bu istiqamətdə vəziyyəti gərginləşdirib. Bildirilir ki, Rusiya qazının Finlandiyaya ixracı mayın 21-dən etibarən dayandırılacaq.
Bu barədə Finlandiyanın enerji təminatçısı olan "Gasum" şirkəti məlumat yayıb.
“Çox təəssüf ki, bizim tədarük müqaviləmiz çərçivəsində təbii qazın tədarükü artıq dayandırılacaq. Bununla belə, biz bu vəziyyətə diqqətlə hazırlaşmışıq və qaz nəqli şəbəkəsində heç bir nasazlığın olmamasını şərtləndirmişik”, - "Gasum"un yaydığı məlumatda bildirilib.
Alternativ təchizat şəbəkələrinin qurulduğu qeyd olunub. Bildirilib ki, Rusiyadan qaz axını mayın 21-i səhər saat 07:00-da dayanacaq.