17 May 2022
Mətni dəyiş
Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Mariupoldakı “Azovstal” zavodunun ərazisində blokadaya alınmış ukraynalı hərbçilər təslim olmağa başlayıb.
Konaşenkovun sözlərinə görə, hərbçilər mayın 16-dan təslim olurlar. Gün ərzində "Azovstal"dan 51-i ağır yaralı olmaqla 265 nəfər çıxıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü əmin edib ki, bütün yaralılar qondarma DXR qüvvələrinin nəzarətində olan Novoazovsk xəstəxanasında müalicə alırlar. Qalan təslim olan əsgərlərin harada olduğunu dəqiqləşdirməyib.
Mayın 16-da axşam Ukrayna hakimiyyəti 264 nəfərin fabriki tərk etdiyini bildirib. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı baş verənləri “xilasetmə əməliyyatı” adlandırıb və tezliklə “Azovstal”dan çıxan hərbçilərin mübadilə ediləcəyini vurğulayıb. Prezident Volodimir Zelenski deyib ki, “ukraynalı qəhrəmanları Ukraynaya canlı olaraq lazımdır” və onları geri qaytarmaq üçün iş “diqqət və vaxt tələb edir”.
Ukrayna hərbçiləri "Azovstal"ı iki aya yaxın qoruyublar. Aprelin sonunda Rusiya prezidenti Vladimir Putin zavoda hücumların dayandırılması və onun qarşısının alınması barədə göstəriş versə də, atəşlər davam edib. Zelenski Mariupolda ukraynalı əsgərlərin öldürülməsinin Rusiya ilə sülh danışıqlarına “son qoyacağını” deyib.