16 May 2022
Mətni dəyiş
Rusiya Federasiyasının Müdafiə Nazirliyi yaralı ukraynalı hərbçilərin Mariupolda blokadaya alınmış “Azovstal” zavodunun ərazisindən çıxarılması barədə Ukrayna tərəfi ilə razılaşdığını bildirib. “İnterfaks” agentliyinin məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.
“Mayın 16-da Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisində blokadaya alınmış ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılmasına dair razılıq əldə olunub”, - Rusiya qurumundan bildirilib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi "Azovstal" ərazisində sükunət rejiminin tətbiq edildiyini və yaralı ukraynalı hərbçilərin DXR-in Novoazovsk şəhərindəki tibb müəssisəsinə çatdırılacağı humanitar dəhlizin açıldığını açıqlayıb.
Ukrayna tərəfi hələlik yaralıların "Azovstal"dan təxliyyə edilməsinə münasibət bildirməyib.