Rusiya məhkəməsi Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarıb

Rusiya məhkəməsi Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarıb
24 May 2022
Mətni dəyiş
Moskva məhkəməsi “Nə? Harada? Nə zaman?" oyununun iştirakçısı Rövşən Əsgərovu qiyabi olaraq həbs edib. Bu barədə RİA Novosti xəbər verir. Əsgərov 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan "nasizmin reabilitasiyası" maddəsi ilə ittiham olunur. Aprelin sonunda başlanan cinayət işinə səbəb Əsgərovun "Facebook"-da Sovet marşalı Georgi Jukov haqqında yazdığı paylaşımda Rusiya Federasiyası İstintaq Komitəsinin bəyanatına əsasən, “böyük rus sərkərdəsinin xatirəsini təhqir edən və qəsdən gözdən salan yalan məlumatlar”ın yer alması olub. Mayın 11-də Əsgərovun axtarışa verildiyi məlum olub. Rövşən Əsgərov Jukovla bağlı paylaşımda “faktları yazdığını” deyib. “Əgər faktlara əsaslanan rəy "donos"a səbəb olursa və onun əsasında cinayət işi açılırsa, deməli, ölkədə hər şey çox pisdir”, - o deyib. Əsgərov Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Rusiyanı tərk etdiyini və geri qayıtmaq fikrində olmadığını da bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun