Rəşad Ramazanov yenidən narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur

Rəşad Ramazanov yenidən narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunur
23 May 2022
Mətni dəyiş

Rəşad Ağaəddin kimi tanınan blogger Rəşad Ramazanov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə onun həyat yoldaşı Könül Ramazanova məlumat verib.

O, ittiham  və ərinin həbsi barədə dövlət hesabına təyin olunmuş vəkildən xəbər tutub.

K.Ramazanova ittihamı uydurma hesab edir.

Rəşad Ramazanov 2013-ci ildə narkotik ittihamı ilə həbs edilib. Elə həmin il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Ramazanovu siyasi məhbus hesab ediblər. O, 2019-cu ildə prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun