Polis gənclərin 1 May aksiyasının qarşısını alıb

Polis gənclərin 1 May aksiyasının qarşısını alıb
2 May 2022
Mətni dəyiş

“Demokratiya 1918” gənclər hərəkatının bir qrup fəalı mayın 1-də Bakının Nizami rayonunda “Fəhlə” abidəsi önündə Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi Günü münasibətilə aksiya  keçirməyə cəhd edib.

Hərəkatın İdarə Heyətinin üzvü Afiyəddin Məmmədov bildirib ki,

Azərbaycanda uzun illərdir ki, “zəhmətkeşlərin hüquqları” anlayışı unudulur və 1 May günü qeyd olunmur.

“Azərbaycanda zəhmətkeşlər amansızcasına istismar olunur. Uzun illər buna etiraz edən olmayıb. Amma indi vəziyyət dəyişir. Buna misal olaraq son vaxtlar ərzaq çatdıran "Wolt" və "Bolt Food"  şirkətlərinin kuryerlərinin etirazlarını göstərmək olar. Onlar əmək haqlarının artırılmasını və kuryerlərin təhlükəsizliyinin təmin edilməsini tələb ediblər”, - deyə Məmmədov aksiyada bildirib.

Etirazçılar üzərində “İstismara son!” şüarı yazılmış plakat açıblar və «YAŞASIN İŞÇİLƏR!»,  «YAŞASIN 1 MAY!» və «İSTİSMARA SON!" şüarları səsləndirməyə başlayıblar.

Lakin bu zaman mülki geyimli şəxslər etirazçılara hücum edərək, onların plakatını zorla alıblar.

Yeddi etirazçı polis bölmələrinə aparılıb. Bir saat sonra onların hamısı sərbəst  buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun