"Ermənistan ərazisində de-yure Azərbaycan anklavları yoxdur", bu barədə baş nazir Nikol Paşinyan bu gün parlamentdə hökumət saatı zamanı deyib və əlavə edib ki, Ermənistanın (Başkənd) Artsvaşen anklavının Azərbaycan ərazisində olması ilə bağlı hüquqi əsaslar var.
“Biz indiyədək araşdırmalarımızda Ermənistan ərazisində de-yure Azərbaycan anklavlarının olduğunu qeydə almamışıq və əksinə, Artsvaşenin de-yure Ermənistan Respublikasının ərazisi olduğunu qeydə almışıq”, - o deyib.
Baş nazir bildirib ki, Azərbaycan prezidenti ilə bazar günü Brüsseldə keçirilən görüşdə anklavlarla bağlı məsələ müzakirə olunmayıb. Sərhədlərin delimitasiyası və demarkasiyası işləri zamanı bu məsələ də qaldırılacaq.
Nikol Paşinyanla İlham Əliyevin görüşünə vasitəçilik edən Avropa İttifaqı Şurasının prezidentinin bəyanatında Bakının sülh sazişi üçün beş prinsipi və Ermənistanın altı cavab təklifi barədə heç nə deyilməyib. Baş nazir izah edib ki, son görüşdə Ermənistan və Azərbaycanın mövqeləri arasında fikir ayrılıqları qeydə alınıb, onun sözlərinə görə, bu, mahiyyətcə bəlli idi.
“Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan is hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb”.
Əgər razılıq əldə olunmasa, danışıqlar necə davam edəcək? Paşinyan bu məsələyə toxunmayıb, lakin onun sözlərinə görə, beynəlxalq cəmiyyətdə də davam edən müzakirəni - Dağlıq Qarabağ probleminin Ermənistan-Azərbaycan münasibətlərindən və ya sülh müqaviləsindən ayrılmasını gündəmə gətirib. Baş nazir özünün hansı variantı dəstəklədiyini açıqlamayıb, ancaq müxalifətin bu gündəmi hazırladığını müşahidə etdiyini bildirib.
“Bundan başqa, biz Artsax hakimiyyəti ilə də müzakirə edirik, buna baxmayaraq, bu çəngəldə hansı taktiki yanaşma tətbiq etmək daha yaxşıdır. Bu məsələ var və görürəm ki, müxalifət də bu məsələdən danışmağa başlayıb”.
"Brüsseldə müzakirə olunan əsas mövzulardan biri də məhbusların qaytarılması olub" - Paşinyan
Baş nazir Nikol Paşinyan həmçinin parlamentdə bildirib ki, Brüsseldə müzakirə edilən əsas mövzulardan biri məhbusların qaytarılması olub. O qeyd edib ki, hazırda Azərbaycanda 39 erməni məhbusun saxlandığı təsdiqlənib.
“Azərbaycan daim əsirlərin, girovların və digər məhbusların qaytarılmasını əlavə şərtlərlə əlaqələndirməyə çalışır. Biz bu mövqe ilə razılaşmırıq, mövqeyimiz ondan ibarətdir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, bütün məhbuslar - hərbi əsirlər, girovlar geri qaytarılmalıdır”, - deyə hökumət başçısı bildirib.
Paşinyan vəd etdiyi ifşanı açıqlayıb
Paşinyan bu gün komandasının bir üzvünün xahişi ilə əvvəlki hökumət saatında vəd etdiyi ifşanı açıqlayıb. O bunu müxalifətin iclas zalını tərk edtdiyinə görə etməmişdi. İfşa 2000-ci illərdə ATƏT-in "Madrid Prinsipləri"nin qəbul edilməsinin vurduğu zərərlə bağlı idi.
“Madrid prinsipləri"ni qəbul edərək, bu gün şəhərdə tıxaclar yaradan hər üç qüvvənin nümayəndələrinin təmsil olunduğu Ermənistan hökuməti Azərbaycana Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsinə veto qoymaq hüququ verib. Mən həmsədrlərdən soruşdum ki, mən yeni adamam, əzizlərim, mənə deyin, Dağlıq Qarabağ bu prinsiplər çərçivəsində Azərbaycanın tərkibində olmaya bilərmi? Onlar bir qədər fasilədən sonra dedilər - bəli, əgər Azərbaycan bununla razılaşarsa mümkündür. Bununla da Azərbaycanın “Madrid prinsipləri”nə əsasən Qarabağın statusunun dəqiqləşdirilməsi məsələsinə veto qoyması barədə fikirlərimizin doğruluğu bir daha sübut olundu”, - baş nazir bildirib.
Bir neçə həftədir ki, Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirən, onu Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycana güzəştə getmək, bu ölkənin tərkib hissəsi kimi tanımaq niyyətində olmaqda ittiham edən müxalifət deputatları bu gün parlament saatına gəlməyiblər. Keçən dəfə ifadələrini oxuyandan sonra iclas zalını tərk etdilər.