Osman Kavala: "Heç bir Qərb ölkəsi məni azad etmək üçün danışıqlar aparmaz"

Osman Kavala: "Heç bir Qərb ölkəsi məni azad etmək üçün danışıqlar aparmaz"
27 May 2022
Mətni dəyiş
Aprelin 25-də Gəzi Parkı məhkəməsinin yekun iclasında ağırlaşdırılmış ömürlük həbsə məhkum edilən iş adamı Osman Kavala vəkilləri vasitəsilə BBC Türkcənin suallarını cavablandırıb. Haqqındakı bəzi şərhlərin əksinə olaraq Ergenekon və Balyoz kimi işlərdə qanunsuzluqlar olduğunu daha əvvəl dediyinə diqqət çəkən Kavala əlavə edib: “Bu işlər mənim Gülənçi qruplaşmasının məhkəmə sistemində də fəal olduğunu və burada böyük təhlükə təşkil etdiyini anlamağıma səbəb oldu". Corc Sorosun Türkiyədə gizli fəaliyyətlər həyata keçirdiyi iddiasının konspirasiya nəzəriyyəsinin məhsulu olduğunu deyən iş adamı Sorosun Türkiyəyə səfərləri zamanı dövlət rəsmiləri ilə də görüşdüyünü, sonuncu dəfə belə bir görüşün 2015-ci ildə baş tutduğunu bildirib. "Türkiyə Cümhuriyyətinin vətəndaşı olduğum üçün heç bir Qərb ölkəsi məni azad etmək üçün danışıqlar masasına oturmaz", deyə hökumətin Qərb ölkələri ilə danışıqlarda çətinliyə düşməsi ilə bağlı şərhləri tənqid edən Kavala əlavə edib. Gəzi məhkəməsi qərarlarına münasibət bildirən Kavala seçkilərə qədər olan müddətdə repressiv siyasətin artaraq davam edəcə biləcəyini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun