Narkotik şübhəsiylə saxlanıldığı deyilən cəbhəçi sərbəst buraxılıb

Narkotik şübhəsiylə saxlanıldığı deyilən cəbhəçi sərbəst buraxılıb
18 May 2022
Mətni dəyiş

Mingəçevirdə saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ceyhun Rzayev axşam saatlarında şəhər polis idarəsindən sərbəst buraxılıb. Bu barədə partiyadan məlumat verilib. Bildirilib ki, R.Rzayev polisi idarəsindən çıxandan sonra bildirib ki, qanunsuz əməl törətdiyinə dair sübut olmadığından sərbəst buraxılıb. Cəbhəçi ayın 17-də Mingəçevir şəhərində polislər tərəfindən saxlanılıb.

Rzayev mayın 14-də Bakıda "Kriminal dövlət istəmirik" adlı aksiyasına dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirib saxlanılmışdı, sonra isə sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü kimi təqdim edən və əvvəllər Cinayət Məcəlləsinin 182, 234, 243 və 244-cü maddələri ilə məhkumluq həyatını yaşayan Ceyhun Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. "Hazırda onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq".

E.Hacıyev vurğulayıb ki, C.Rzayevin saxlanmasında heç bir siyasi motiv yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun