MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
21 May 2022
Mətni dəyiş

Azərbaycan Ordusu Kəlbəcər istiqamətindəki mövqelərin atəşə tutulduğunu bildirir.  Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutub.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun