MN: Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

MN: Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub
10 May 2022
Mətni dəyiş

Mayın 9-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, Azərbaycan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. "Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun