Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyuta ehtiyatları ikinci aydır azalmağa doğru gedir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları ilə bağlı açıqlamasında deyilir. Məlumata görə, AMB-nin valyuta ehtiyatları son ayda 51 milyon dollar, yaxud 0.71 faiz azalıb.
Bununla da xarici valyuta ehtiyatı 29 aprel 2022-ci il tarixinə olan göstəricilərdə 7 milyard 86 milyon ABŞ dollarına düşüb.
Ümumilikdə isə son üç ayda Mərkəzi Bankın valyuta ehtiyatında 73 milyon dollar azalma baş verib.