Kim Çen Indan Əliyevə: "Əməkdaşlıq münasibətlərinin xalqlarımızın arzusuna uyğun genişlənəcəyinə əminəm"

Kim Çen Indan Əliyevə:  "Əməkdaşlıq münasibətlərinin xalqlarımızın arzusuna uyğun genişlənəcəyinə əminəm"
24 May 2022
Mətni dəyiş

Azərbaycan müstəqilliyinin növbəti il dönümü ilə bağlı ölkə prezidenti İlham Əliyevə təbriklər davam edir. Bu dəfə də Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Dostluq və əməkdaşlığın genişlənməsini arzulayan təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi, ölkənizin hökumətini və xalqını Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Koreya ilə Azərbaycan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin iki ölkənin xalqlarının arzusuna və maraqlarına uyğun olaraq genişlənəcəyinə və inkişaf edəcəyinə əmin olduğumu bildirirəm.

Sizə ölkənizin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun