18 May 2022
Mətni dəyiş
NATO-nun baş katibi Yens Stoltenberq mayın 18-də Brüsseldə Finlandiya və İsveçin səfirlərindən bu ölkələrin alyansa üzvlüklə bağlı müraciətlərini qəbul edib.
https://twitter.com/SwedenNato/status/1526803766174949377?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1526803766174949377%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=
Hər iki ölkə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda neytral statusundan imtina edərək hərbi ittifaqa qoşulmaq qərarına gəlib.
Mayın 17-də İsveçin xarici işlər naziri Enn Linde İsveçin NATO-ya üzvlük ərizəsini imzalayıb. Həmin gün Finlandiya parlamenti alyansa qoşulma qərarını lehinə 188, əleyhinə isə 8 səslə təsdiqləyib.
Ölkələrin müraciətlərinə NATO Şurası tərəfindən baxılacaq, bundan sonra İsveç və Finlandiya arasında üzvlük sazişi alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya edilməlidir.
Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq vermək üçün şərtlər siyahısını artıq irəli sürüb. "Bloomberg"-in məlumatına görə, Türkiyə İsveç və Finlandiyadan Kürdistan İşçi Partiyası və onunla bağlı strukturları terror təşkilatı kimi tanımasını tələb edir. Ölkə həmçinin F-16 qırıcılarının yeni partiyasını alacağını və yenidən F-35 qırıcılarının tədarükü proqramına daxil olacağını gözləyir.