Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi cümə günü bildirib ki, o, bu həftə Tehranda onun nümayəndəsi ilə İran rəsmiləri arasında nüvə danışıqlarını iki aydan sonra bərpa etməklə bağlı məsləhətləşmələrdə kifayət qədər irəliləyişin olduğuna inanır.
Dünya qüdətləri ilə İran arasında 2015-ci ildə əldə olunan nüvə razılığını canlandırmaq üçün danışıqlar mart ayından bəri dayandırılıb. Bunun əsas səbəbi Tehranın Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Korpusunu ABŞ-ın terrorçu təşkilatlar siyahısından çıxarmasına israr etməsi olub.
Danışıqların koordinatoru Enrike Mora Avropaya geri dönəndən sonra danışan Cozep Borrell deyib ki, Moranın hər şeyin əvvəlki kimi irəliləməyəcinə dair mesaj çatdırmasından sonra İranın cavabı “kifayət qədər müsbət” olub.
“Belə şeylər bir gecədə həll oluna bilməz,” Borrll Böyük Yeddilərin xarici işlər nazirlərinin Almaniyanın şimalında keçirilən görüşündə müxbirlərə deyib. “Belə deyək ki, danışıqlar bloklanmışdı, indi isə “yekun razılıq əldə etmək” ehtimalı ilə “blokdan çıxıb”.
İqtisadi sanksiyaların yüngülləşdirilməsi mübadilində İranın nüvə proqramnı məhdudlaşdıran sazişi canlandırmaq üçün üzərində danışıqların aparıldığı saziş üzərində mart ayında razılıq əldə olunmuşdu.
Ancaq Rusiyanın son anda irəli sürdüyü tələblər və ABŞ-ın Xarici Terror Təşkilatı siyahısı ilə bağlı fikir ayrılıq səbəbilə danışıqlar təxirə salınmışdı.
Məsələ ilə yaxından tanış olan mənbələr deyib ki, Qərb rəsmiləri razılığın canlandırılacağına dair ümidlərini itirirlər və bu onları Rusiyanın Ukraynaya müdaxiləsinin dünya qüdrətləri arasında ixtilaf yaratdığı bir vaxt İranın nüvə proqramını məhdudlaşdırmağın yollarını nəzərdən keçirməyə vadar edir.
“Gözləndiyindən daha yaxşı keçdi – danışıqlar dayandırılmışdı, indi isə yenidən bərpa olundu,” Borrell deyib.
Avropa İttifaqının yüksək vəzifəsi rəsmisi daha ehtiyatlı tonda çıxış edib.
“Bizim razılığa aparan yolda hələ çətin əngəllərimiz var,” o, müxbirlərə deyib.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian deyib ki, Moranın səfəri “qalan problemləri həll etmək üçün təşəbbüslərə diqqət yetirmək üçün bir fürsət idi.”
“Birləşmiş Ştatlar siyasi qərar qəbul edərsə və öhdəliklərinə əməl edərsə, yaxşı və etibarlı razılaşma əldə edilə bilər,” o deyib.