14 May 2022
Mətni dəyiş
“Rusiya ilə müharibə o qədər yaxşı gedir ki, avqustun ortalarında dönüş nöqtəsinə çatacaq”. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “SkyNews” telekanalına eksklüziv müsahibəsində deyib.
O bildirib ki ilin sonuna qədər müharibə tam başa çatacaq.
“Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının böyük hissəsi başa çatacaq. Nəticədə biz itirdiyimiz bütün ərazilərimizdə, o cümlədən Donbasda və Krımda Ukraynanın gücünü bərpa edəcəyik”, - deyə Budanov vurğulayıb.
Baş Kəşfiyyat İdarəsinin rəisi həmçinin bildirib ki, Rusiyanın döyüş əməliyyatları aparmaq taktikası dəyişməyib və düşmən böyük itkilər verir.
Eyni zamanda o, bildirib ki, Avropa Rusiyanın gücündən əbəs yerə qorxur. Budanov bunun mif oldduğunu deyib:
“Onlar göründüyü qədər güclü deyil. Bu, silahı olan insan dəstəsidir”.