İctimai Birlik ölkə rəhbərliyindən 57 məhkumun əfv olunmasını xahiş edir

İctimai Birlik ölkə rəhbərliyindən 57 məhkumun əfv olunmasını xahiş edir
2 May 2022
Mətni dəyiş

Aprelin 29-da Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi 28 may- Müstəqillik Günü münasibətilə gözlənilən əfv aktı ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və prezident yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib.

Qurumun rəhbəri Rəsul Cəfərov Turan-a bildirib ki, hüquq müdafiəçiləri 57 məhkumun azadlığa buraxılmasını xahiş edirlər.

Bu şəxslər arasında Birinci Qarabağ Müharibəsinin veteranı Saleh Rüstəmov, “Nardaran işi” və “Gəncə işi” mühakimə olunanlar, keçmiş XTPD üzvləri (1995-ci il XTPD qiyamına görə məhkum olunmuşlar), bəzi siyasi partiyaların üzvləri var.

Cəfərov “Tərtər işi” üzrə fiqurantların siyahıya  salınmamasını onunla izah edib ki, hazırda həmin hadisələrə görə məhkum olunanların işinə yenidən baxılır və onların tam bəraət almaq şansı var.

Müraciət müəllifləri hesab edirlər ki, əfv təkcə məhkumların həbsdən azad olmasına imkan yaratmayacaq, həm də onların yaxınlarına rahatlıq və sevinc gətirəcək. Eyni zamanda bu, cəmiyyətdə müsbət və barışdırıcı atmosferin yaranmasına səbəb olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun