Hökumət istehlakçıların hüquqlarının etibarlı müdafiəsi sahəsində qarşıya qoyulan hədəflərə çatıbmı?

Hökumət istehlakçıların hüquqlarının etibarlı müdafiəsi sahəsində qarşıya qoyulan hədəflərə çatıbmı?
11 May 2022
Mətni dəyiş

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan hədəflərdən biri də istehlakçıların hüquqları sahəsində addımların atılması idi.

Konsepsiyada qeyd olunurdu ki, istehlakçıların hüquqlarının müdafiəsi işi gücləndiriləcək, məhsulların keyfiyyətinə səmərəli nəzarət mexanizmləri yaradılacaq, keyfiyyətə nəzarət üzrə milli standartlar hazırlanacaq və sertifikatlaşdırma sistemi təkmilləşdiriləcək


Ancaq sonradan istehlakçı hüquqları ilə bağlı yaranan problemlər bu istiqamətdə də işləri sual altında qoydu. AbzasMedia məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Mill
ət vəkili Aydın Hüseynov deyir ki, İstehlakçıların hüquqlarının etibarlı müdafiəsi sahəsində mühüm addımlar atılmaqdadır.

Millət vəkili Aydın Hüseynov

Onun sözlərinə görə
, İstehlakçı hüquqlarının qorunması ölkə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən biridir.

“İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi baza yaradılıb, bir neçə il əvvəl qəbul edilmiş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun və digər normativ hüquqi aktlar vətəndaşların istehlakçılıq hüququnun qorunmasına, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşməsində səbəb olub. Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb. Yeni qurum haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması sahəsində mühüm addımlar atıb. Son illərdə isə bu istiqamətdə qanunvericiyin təkmilləşdirilməsi istehlakçıların hüquqlarının qorunmasında daha mühüm nəticələrin əldə edilməsinə səbəb olub” - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, aparılan islahatlar çərçivəsində ölkəmizdə beynəlxalq ictimaiyyət tərəfindən tanınmış istehlakçı prinsipləri hüquqi şəkildə təsbit edilib, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilib. “Əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində, xüsilə də, qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artması, istehlakçıların sağlamlığının qorunması və hüquqlarının müdafiəsi kimi şərtlər qida təhlükəsizliyi sahəsində dövlət tənzimləməsi və nəzarət sistemi təkmilləşdirilib. Eyni zamanda, istehlakçılar və sahibkarlar arasındakı münasibətlərin tənzimlənməsini, istehlakçıların hüquqlarının və bu hüquqlarının müdafiəsi mexanizmi sistemi müasirləşib. Bir neçə il əvvəl Qida Təhlükəsiziliyi Konsepsiyası qəbul olunub. Həmçinin, Qida Təhlükəsizliyi Agentliyi yaradılıb və bu qurum malların keyfiyyətinə nəzarət sahəsində mütamadi ardıclı tədbirlər görür”.

Millət vəkili qeyd edib ki, ölkədə istehsal edilən məhsulların keyfiyyətinə nəzarət üzrə milli standartlar yaradılıb. Eyni zamanda, istaehsal və idxal olunan malların üzərindəki etiketlərin və digər yazıların müvafiq xarici dillərlə yanaşı, Azərbaycan dilində də yazılması təmin olunub. Bu istiqamətdə digər əlavə tədbirlər də həyata keçirilməkdədir ki, bu da ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsinin daha da yaxşılaşmasına səbəb olacaqdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, hökumətin qəbul etdiyi strategiya ancaq üzügeri hərəkət edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

Onun sözlərinə görə, istehlakçıların hüquqları ilə bağlı 1995-ci ildə qəbul olunan qanun indiyə kimi dəfələrlə istehlakçıların zərərinə dəyişdirilib.

2009-cu ildən İqtisadiyyat və Sənaye  Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradıldı və biz çox sevindik ki, bu sahədə ciddi irəliləyiş olacaq. Çox təəssüf ki, sonradan heç bir effekt vermədi. Sonradan həmin qurumun da adi dəyişdirildi və İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti oldu, yəni “istehlakçı hüquqları” sözü qurumun adından ümumiyyətlə götürüldü. Biz hökumətin bu istiqamətdə siyasətilə qəti razı deyilik. Hökumətin bu istiqamətdə bircə müsbət addımı Qida Təhlükəsizlik Agentliyinin yaradılmasıdır ki, orda da qidanın təhlükəsizliyinə nəzarətdən söhbət gedir, keyfiyyətinə yox”, - deyə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun