Formula 1-ə görə yollar yenə bağlanır

Formula 1-ə görə yollar yenə bağlanır
19 May 2022
Mətni dəyiş

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib. Yarış vaxtı Bakıda yolların və küçələrin bağlanması əhali tərəfindən narazılıqla qarşılanır. Ancaq illərdir yarışlar eyni ssenari üzrə həyata keçirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun