9 May 2022
Mətni dəyiş
Finlandiya NATO-ya qoşularsa, Moskva buna biganə qalmayacaq.
Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Aydındır ki, təhlükəsizlik baxımından biz biganə qalmayacağıq. Hərbçilərimiz müdafiənin qanuni maraqlarını təmin etmək üçün tələb olunacaq bütün zəruri tədbirləri nəzərdən keçirəcək. Bu, nə Finlandiyanın özünün, nə də NATO-nun təhlükəsizliyini gücləndirəcək”, - Rusiya XİN başçısının müavini qeyd edib.